Rəsmi Bakı xunta rejimindən ehtiyat edir
Ermənistan isə sionist rejimin İrana təcavüzünü pislədi
Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın Yaxın Şərqdə baş verən proseslərdən dərin narahatlığını ifadə edib və sionist rejimin İrana təcavüzünü pisləyib.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: İrəvan İsrailin İrana qarşı son hücumlarından sonra regionda baş verə biləcək hadisələrdən dərin narahatdır.
Ermənistan bu bəyanatda diplomatiyanın beynəlxalq qanunların qorunması və regionda arzuolunmaz hadisələrin yayılmasının qarşısının alınması imkanını təmin edəcəyinə ümid bəsləyərək vurğulanıb: “Ermənistan ötən həftə İran İslam Respublikasına qarşı həyata keçirilən fəaliyyətlərlə beynəlxalq təhlükəsizliyi zəiflətməyə yönəlmiş hərəkəti qınayır”.
İndiyədək Səudiyyə Ərəbistanı, Pakistan, Bəhreyn, Oman, İraq, Yəmən, Əlcəzair, Livan, Suriya, İordaniya, Qətər, Əfqanıstan, İsveçrə, Misir, Malayziya, İndoneziya, Maldiv adaları, Türkiyə, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Fars Körfəzi Əməkdaşlıq Şurası Sionist rejimin İrana qarşı təcavüzünü pisləyib və bunu suverenliyin pozulması və beynəlxalq qanunların pozulması hesab ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikası hakimiyyəti işğalçı rejimin xətrinə dəyməmək üçün məlum təcavüz aktına münasibət bildirməkdən çəkinir.