Generalların 143 milyonluq yeyintisi
(last modified Sat, 16 Nov 2024 10:43:35 GMT )
Noy 16, 2024 14:43 Asia/Baku
  •     Generalların 143 milyonluq yeyintisi

Bir qrup yüksək rütbəli hərbçilərin mənimsədikləri puldan cəmi 38 milyonu qaytarılıb

 

Azərbaycan Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İstintaq orqanından verilən cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.