Ateizmə qarşı hərəkatın başlanğıc günü
(last modified Sun, 17 Nov 2024 17:20:24 GMT )
Noy 17, 2024 21:20 Asia/Baku
  • Ateizmə qarşı hərəkatın başlanğıc günü

Bu gün – noyabrın 17-si Azərbaycan xalqının ateist sovet rejiminə qarşı mübarizəsində əlamətdar günlərdən biridir.

 

1988-ci ildə belə bir gündə Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın Qarabağla bağlı anti-Azərbaycan siyasətinə qarşı hərəkata start verməklə əslində on illiklər boyu sovet hökumətinin atteist mahiyyətinə qarşı mübarizəsində növbəti və həlledici mərhələyə start vermiş oldu.  Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, sovet rejimi Azərbaycan xalqının azadlıq iradəsinin qarşısını ala bilmədi.

1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin qətlə yetirildi.

Amma bu hadisə azadlıq hərəkatını daha da sürətləndirdi və nəhayət 1991-ci ildə Azərbaycan xalqı atteist rejimin caynağından azad oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub. Lakin 2006-cı ildən qeyri-iş günüdür.