Sionist rejim başçısı Bakı sammitində niyə iştirak etmədi?
(last modified Mon, 18 Nov 2024 05:31:46 GMT )
Noy 18, 2024 09:31 Asia/Baku
  • Sionist rejim başçısı Bakı sammitində niyə iştirak etmədi?

Azərbaycan mətbuatı sionist rejimin başçısı İshaq Hersoqun COP 29 sammitində iştirak etmək üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərinin ləğv edildiyindən xəbər veriblər.

 

  Sionist rejimin mənbələri rejimin başçısı İshaq Hersoqun 19 noyabrda 3 nazir və 100-dən çox nümayəndə ilə COP29-a qatılacağını açıqlasalar da, ötən gün bu səfərin ləğv edildiyi elan ediblər. İvrit dilli "Maariv" qəzeti isə sionist rejim prezidentinin səfərinin ləğv edilməsinə səbəb kimi təhlükəsizlik məsələlərini göstərib. 

Səfərin təhlükəsizlik səbəbi ilə ləğv edildiyi bildirilsə də, Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli mənbə verdiyi açıqlamada bunu rədd edib və bildirib ki, Türkiyə sionist rejim prezidentinin təyyarəsinin onun hava məkanından istifadəsinə icazə vermədiyi üçün Hersoqun səfəri baş tutmayacaq.

Məlumata görə, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib.