Fransa Azərbaycan Respublikasının Parisdəki səfirini çağırıb
(last modified Wed, 20 Nov 2024 06:10:43 GMT )
Noy 20, 2024 10:10 Asia/Baku
  • Fransa Azərbaycan Respublikasının Parisdəki səfirini çağırıb

Çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Parisdəki səfirini COP-29 iclasında "ölkə rəsmilərinin Fransa və avropalılara qarşı qəbuledilməz bəyanatları" adlandırdığı səbəbə görə çağırıb.

 

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Azərbaycan Respublikasının düşmənçilik hərəkətləri dayandırılmalıdır. Lakin nazirlik bu açıqlamalarla bağlı ətraflı məlumat verməyib.

Bu aksiya Fransanın İqlim Dəyişiklikləri Naziri Aqnes Pannier-Ronaher Bakıda keçiriləcək COP-29 görüşünə səfərini ləğv edərkən baş verib. Bu qərar İlham Əliyevin Fransanı Karib hövzəsindəki xarici ərazilərində “cinayətlər törətməkdə” ittiham etməsindən sonra verilib.