Lerikdə 8 məktəbin şagirdləri hələ də məktəbsiz qalıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i8678-lerikdə_8_məktəbin_şagirdləri_hələ_də_məktəbsiz_qalıb
“Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin daşınması hələ mümkün olmayıb”.
(last modified 2025-06-20T09:02:56+00:00 )
Noy 21, 2024 13:31 Asia/Baku
  • Lerikdə 8 məktəbin şagirdləri hələ də məktəbsiz qalıb

“Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin daşınması hələ mümkün olmayıb”.

 

  Bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, daha 10 məktəbin də bağlanması nəzərdə tutulub: “Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6 da ibtidai məktəb, 3-də ümumi orta məktəb.”

Elm və təhsil naziri Emin Əmrullayev Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsinin nəzarətə götürüldüyünü bildirib:

“Bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır. Əgər olunmayıbsa, bunu araşdırarıq”.