Azərbaycanın İrandakı səfirliyi konsulluq xidmətlərini bərpa edir
https://parstoday.ir/azeri/news/azerbaijan-i8996-azərbaycanın_İrandakı_səfirliyi_konsulluq_xidmətlərini_bərpa_edir
 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkənin İrandakı səfirliyinin konsulluq şöbəsinin 15 dekabr 2024-cü il tarixindən etibarən fəaliyyətini rəsmən bərpa edəcəyini açıqlayıb.
(last modified 2024-12-17T10:44:09+00:00 )
Dek 14, 2024 14:01 Asia/Baku
  • Azərbaycanın İrandakı səfirliyi konsulluq xidmətlərini bərpa edir

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkənin İrandakı səfirliyinin konsulluq şöbəsinin 15 dekabr 2024-cü il tarixindən etibarən fəaliyyətini rəsmən bərpa edəcəyini açıqlayıb.

 

Səfirliyin bəyanatında deyilir: Konsulluq xidmətlərinin bərpası Azərbaycan vətəndaşları və digər şəxslər üçün xidmətlərin davamlılığını göstərir. 

İyul ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, danışıqlardan sonra bu ölkənin Tehrandakı səfirliyinin 2024-cü il iyulun 15-dən fəaliyyətini bərpa edəcəyini açıqlamışdı. 

Bu nazirliyin bəyanatına görə, Azərbaycan Respublikasının hazırkı səfiri və diplomatik heyəti İrana qayıdıb. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əlavə edib: İran “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” çərçivəsində diplomatik müdafiə sahəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının səfirliyinin yeni binası qarşısında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.