Qazaxıstanda Azərbaycan Respublikasının sərnişin təyyarəsi qəzaya uğrayıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i9154-qazaxıstanda_azərbaycan_respublikasının_sərnişin_təyyarəsi_qəzaya_uğrayıb
 Qazaxıstanın fövqəladə hallar təşkilatı bildirib ki, Bakıdan Rusiyanın Qroznı şəhərinə uçan Azərbaycan Respublikasının sərnişin təyyarəsi bu gün (çərşənbə) Qazaxıstanın cənub-qərbində yerləşən “Aktau” şəhərində qəzaya uğrayıb.
(last modified 2024-12-26T09:29:44+00:00 )
Dek 25, 2024 14:22 Asia/Baku
  • Qazaxıstanda Azərbaycan Respublikasının sərnişin təyyarəsi qəzaya uğrayıb

 Qazaxıstanın fövqəladə hallar təşkilatı bildirib ki, Bakıdan Rusiyanın Qroznı şəhərinə uçan Azərbaycan Respublikasının sərnişin təyyarəsi bu gün (çərşənbə) Qazaxıstanın cənub-qərbində yerləşən “Aktau” şəhərində qəzaya uğrayıb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin 8432 saylı reysinin qəzaya uğramasından sonra təyyarədə yanğın baş verib və xilasedicilər yanğını söndürməyə çalışır.

Bu qurumun bəyanatında deyilir: Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 əməkdaşı və 11 texnikası bölgəyə göndərilib. Onlar gəldikdən sonra təyyarə yanıb və xilasetmə əməliyyatı davam edir, hadisə qurbanları ilə bağlı məlumatlar araşdırılır.

İlkin məlumatlara görə, bu təyyarədə 105 sərnişin və beş uçuş heyəti olub.

Qazaxıstanın səhiyyə naziri jurnalistlərə bildirib ki, bu təyyarə qəzasında ümumilikdə 6 sərnişin xilas edilib, lakin sonradan Qazaxıstan Fövqəladə İşlər Nazirliyi sağ qalanların sayının 25 olduğunu açıqlayıb.

Azernews saytı bildirib ki, bu qəzaya səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub.

Məlumatda bildirilir: Sərnişinlərin vəziyyəti və ya bu təyyarəyə dəyən zərərin miqdarı ilə bağlı daha ətraflı məlumat hələ dərc edilməyib.