Pezeşkiyan Azərbaycan təyyarəsinin qəzası ilə bağlı təəssüfləndiyini bildirib - Əliyev Tehrana dəvət edildi
https://parstoday.ir/azeri/news/azerbaijan-i9178-pezeşkiyan_azərbaycan_təyyarəsinin_qəzası_ilə_bağlı_təəssüfləndiyini_bildirib_Əliyev_tehrana_dəvət_edildi
Prezident  Azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığında bu ölkənin aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə təəssüfləndiyini bildirib və Azərbaycan Respublikası vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.
(last modified 2025-06-20T09:02:56+00:00 )
Dek 26, 2024 19:30 Asia/Baku
  • Pezeşkiyan Azərbaycan təyyarəsinin qəzası ilə bağlı təəssüfləndiyini bildirib - Əliyev Tehrana dəvət edildi

Prezident  Azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığında bu ölkənin aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə təəssüfləndiyini bildirib və Azərbaycan Respublikası vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

 

Şimali Xorasanda səfərdə olan Məsud Pezeşkiyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bu ölkənin sərnişin təyyarəsinin qəzaya uğramasına görə təəssüfləndiyini bildirməklə yanaşı, hava qəzasında bu ölkənin bir sıra vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

Ölkəmizin Prezidenti telefon danışığında İran İslam Respublikasının Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayaraq, İlham Əliyevi Tehrana səfərə dəvət edib.