Putin təyyarə qəzasına görə Azərbaycandan üzr istəyib
https://parstoday.ir/azeri/news/azerbaijan-i9202-putin_təyyarə_qəzasına_görə_azərbaycandan_üzr_istəyib
Kreml bildirib ki, bu gün Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək "AZAL" sərnişin təyyarəsinin qəzasını müzakirə edib.
(last modified 2024-12-29T09:39:13+00:00 )
Dek 28, 2024 17:37 Asia/Baku
  • Putin təyyarə qəzasına görə Azərbaycandan üzr istəyib

Kreml bildirib ki, bu gün Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək "AZAL" sərnişin təyyarəsinin qəzasını müzakirə edib.

 

Rusiya Prezidenti Rusiya hava məkanında baş vermiş bu faciəli hadisəyə görə üzr istəyib və həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib.Putin Əliyevlə söhbətində qeyd edib ki, vurulan Azərbaycan təyyarəsi dəfələrlə Rusiyanın Qroznı şəhərinə enməyə cəhd edib.Putin deyib: “Həmin vaxt Ukraynanın pilotsuz uçuş aparatları Qroznı, Mozdok və Vladiqafqazı hədəf alıb və Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bu hücumları dəf edirdi.”