Rusiya və Azərbaycanın xarici işlər nazirləri təyyarə qəzasının ətraflı araşdırılmasını tələb ediblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i9210-rusiya_və_azərbaycanın_xarici_işlər_nazirləri_təyyarə_qəzasının_ətraflı_araşdırılmasını_tələb_ediblər
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov telefon danışığında Azərbaycanın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ətraflı araşdırmanın vacibliyini vurğulayıblar.
(last modified 2024-12-29T09:45:00+00:00 )
Dek 28, 2024 19:44 Asia/Baku
  • Rusiya və Azərbaycanın xarici işlər nazirləri təyyarə qəzasının ətraflı araşdırılmasını tələb ediblər

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov telefon danışığında Azərbaycanın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ətraflı araşdırmanın vacibliyini vurğulayıblar.

 

İki yüksək vəzifəli rəsmi arasında telefon danışığından sonra Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: “Bu gün (şənbə günü) Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında baş tutan söhbətdən sonra, iki ölkənin xarici işlər nazirləri dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.”

 

Bəyanatda bildirilir: “İki yüksək vəzifəli məmur iki ölkə prezidentlərinin bu ürəkağrıdan hadisənin diqqətlə idarə olunmasının zəruriliyi ilə bağlı əldə etdikləri razılaşmaları təsdiq edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər və xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.”

 

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib: “Hər iki yüksək vəzifəli rəsmi hadisənin bütün səbəblərinin müəyyən edilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, eləcə də bütün hallar nəzərə alındıqdan sonra nəticələrin tam aradan qaldırılmasının vacibliyini vurğulayıblar.”