Azərbaycanda Rusiya vətəndaşlarına məhdudiyyət qoyulub
https://parstoday.ir/azeri/news/azerbaijan-i9242-azərbaycanda_rusiya_vətəndaşlarına_məhdudiyyət_qoyulub
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
(last modified 2025-01-02T04:16:55+00:00 )
Dek 30, 2024 11:01 Asia/Baku
  • Azərbaycanda Rusiya vətəndaşlarına məhdudiyyət qoyulub

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.