Azərbaycanda 1 nəfərdə meymunçiçəyi virusu aşkarlanıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i9512-azərbaycanda_1_nəfərdə_meymunçiçəyi_virusu_aşkarlanıb
Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub.
(last modified 2026-01-04T12:21:12+00:00 )
Yan 18, 2025 19:34 Asia/Baku
  • Azərbaycanda 1 nəfərdə meymunçiçəyi virusu aşkarlanıb

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub.

 

22 yaşlı Azərbaycan vətəndaşı 2025-ci il yanvarın 2-dən 11-dək xarici ölkəyə turistik səfər edib. Döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpkilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Hazırda xəstənin hospitalizasiya edildiyi və xəstəxana şəraitində müalicə aldığı bildirilir