İran, Azərbaycan və Rusiya arasında güclü elektrik şəbəkəsi yaradılıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i9576-İran_azərbaycan_və_rusiya_arasında_güclü_elektrik_şəbəkəsi_yaradılıb
 İran İslam Respublikasının energetika naziri və Azərbaycan Respublikası baş nazirinin müavini elektrik nəqli yollarının yaradılması və onların fəaliyyət üsulları barədə razılığa gəliblər.
(last modified 2025-01-23T07:49:48+00:00 )
Yan 22, 2025 09:01 Asia/Baku
  • İran, Azərbaycan və Rusiya arasında güclü elektrik şəbəkəsi yaradılıb

 İran İslam Respublikasının energetika naziri və Azərbaycan Respublikası baş nazirinin müavini elektrik nəqli yollarının yaradılması və onların fəaliyyət üsulları barədə razılığa gəliblər.

 

Energetika naziri Abbas Əliabadi İran İslam Respublikasının Energetika Nazirliyinin yüksək səviyyəli idarə heyəti ilə birlikdə Energetika Nazirliyində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və söhbət edib.

Bu görüşdə hər iki tərəf su və elektrik sektorunun müxtəlif texniki və mühəndislik məsələlərini, o cümlədən İran və Azərbaycanın elektrik şəbəkəsinin elektrik bağlantısı, Qızqalası bənd elektrik stansiyasının tikintisi və başa çatdırılması, Ordubad və Marazad bəndlərinin tikinti prosesini və ətraf mühit araşdırmalarının aparılmasını müştərək mühəndislik layihələri barəsində müzakirə etdilər.