Sionist rejim İran və Tehranın bəzi bölgələrinə hücum edib
(last modified Fri, 13 Jun 2025 03:31:17 GMT )
İyun 13, 2025 07:31 Asia/Baku
  • Sionist rejim İran və Tehranın bəzi bölgələrinə hücum edib

Tehran səmasında partlayış səsləri eşidilib

 

Cümə günü səhər tezdən Tehranda bir neçə dəhşətli partlayış səsi eşidilib.Səhər saat 3:20 radələrində Tehranda bir neçə partlayış səsi eşidilib.Bəzi mənbələr bu dəhşətli səslərin Tehranın şərqindən eşidildiyini açıqlayıb.Bu səslər Tehranın qərbində və mərkəzində də eşidilib.Tehranda Narmak, Şəhid Məhəllati qəsəbəsi, Şəhid Çəmran qəsəbəsi və Çitgər ərazisi də daxil olmaqla bir neçə bina hədəfə alınıb.Eyni zamanda, Həmədan və Natanz da daxil olmaqla, ölkənin bir sıra bölgələrinə hücum xəbərləri yayılıb.İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami sionist rejimin SEPAH-ın baş komandanının qərargahına hücumu nəticəsində şəhid olub.İsrailin hava hücumu nəticəsində ordunun baş komandanının müavini general-mayor Qulam Əli Rəşid də şəhid olub.Nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi bu səhər sionist rejimin hücumlarında şəhid olublar.Bu hücumlar nəticəsində aralarında uşaq və qadınların da olduğu çoxlu sayda mülki şəxs də şəhid olub.İslam İnqilabı Keşikçiləri Korpusu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri sionist rejimin hücumu nəticəsində şəhid olub.