Əraqçi: Sionist rejim çıxılmaz vəziyyətdədir / İran Silahlı Qüvvələri əsl qəhrəmanlıq göstərdi
Xarici işlər naziri bildirib: “Son hadisələr göstərir ki, sionist rejim çıxılmaz və ümidsiz vəziyyətə düşüb və ABŞ-nin bu rejimə yardım etməyə məcbur olması onların hədəflərinə çatmadığını sübut edir.”
Əraqçi bu fikirləri bu gün sionist rejimin döyüş təyyarələrinin Evin həbsxanası ətrafına hücumu ilə bağlı İRNA müxbirinin sualına cavab verərkən deyib.“Demirəm ki, heç bir yeri bombalamayıblar və zərər vurmayıblar, ziyan dəyib. Amma məqsədlərinə nail ola bilməyiblər.”“Bizim sionist rejimə qarşı cavab zərbələrimiz zamanı Silahlı Qüvvələrimiz əsl qəhrəmanlıq və dəqiqliklə hərəkət edərək onları bir çox nöqtədə iflic vəziyyətinə salıblar.”“Hazırda sionist rejim o qədər ümidsiz vəziyyətə düşüb ki, hərbi baxımdan dəyəri olmayan məkanlara, məsələn, həbsxana kimi yerlərə hücum etməyə əl atır.”“Vəziyyəti ümumi qiymətləndirsək, ABŞ-nin belə rejimə yardım üçün səhnəyə çıxması onların nə qədər aciz və çıxılmaz durumda olduğunu göstərir.”“Əgər onlar yenidən diplomatik yol istəsələr, ilk növbədə təcavüz və hücumları dərhal dayandırmalıdırlar.”