Hizbullahın baş katibi: Biz düşmən təcavüzü qarşısında həmişəlik susmayacağıq
(last modified Sun, 29 Jun 2025 09:45:51 GMT )
İyun 29, 2025 13:45 Asia/Baku
  • Hizbullahın baş katibi: Biz düşmən təcavüzü qarşısında həmişəlik susmayacağıq

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim verdiyi açıqlamada düşmənin təcavüzü qarşısında əbədi susacağımızı düşünənlərin səhv etdiyini bildirib və vurğulayıb: Bizim sionist rejimlə qarşılaşmaq və onu məğlub etmək qabiliyyətimiz var.

 

Şeyx Nəim Qasim deyib: Nəbatiyyəyə və mülki şəxslərə qarşı hücum qəbuledilməzdir və hökumət bu mövzuda üzərinə düşən vəzifəni yerinə yetirməlidir.O, əlavə etdi: Biz “Zillət bizdən uzaqdır” dəstəsiyik və siz bizi əvvəllər də sınaqdan keçirmisiniz və biz əbədi olaraq susmayacağıq.Şeyx Nəim Qasim dedi: Seçmək istədiyimiz zaman bizim yalnız bir seçimimiz var, o da şərəf və qürurdur və biz udan tərəf və qalib olacağıq, bizi izləyin ki, necə qalib gəldiyimizi sizə göstərək.O bildirdi: “Əgər bu qələbə birinci gündə deyilsə, mütləq sonrakı günlərdə olacaq, çünki istər qələbə ilə, istərsə də şəhadətlə həmişə qalib gəlirik”.Livan Hizbullahının baş katibi bəyan edib: Nə qədər ki, zəif tərəf var, İsrail rejimi ekspansionizmini davam etdirəcək və hər şeyi alacaq.