Əliyev: İsrailə qarşı İranın özünü müdafiə hüququnu dəstəklədik
İyul 05, 2025 14:55 Asia/Baku
Azərbaycan Respublikasının Prezidenti, EKO Zirvə Toplantısının çərçivəsində İran Prezidenti ilə görüşündə bildirib: İran xalqı öz tarixinin bu ağır mərhələsindən üzüağ çıxdı.
İlham Əliyev ölkəsinin sionist rejimin hücumlarını ilk saatlardan qınaması və İranın özünü müdafiə etmək üçün qanuni hüququna dəstək verdiyini vurğulayaraq deyib: Azərbaycan Respublikası bütün region üçün sülh və sabitlik arzulayır və inanırıq ki, bölgənin inkişafı yalnız sülh və təhlükəsizlik yolu ilə mümkündür.Biz Ali Dini Liderin və sizin mövqelərinizə, həmçinin son müharibə zamanı atəşkəsin təmin olunmasına yönəlmiş tədbirlərinizə görə təşəkkür edirik.
Teqlər