Qəribabadi: Beynəlxalq Atom Enerjisi Agentliyinin texniki heyəti İrana səfər edəcək
İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin texniki heyəti qarşıdakı iki-üç həftə ərzində İranla Agentlik arasında əməkdaşlıq yollarını müzakirə etmək üçün İrana səfər edəcək.
İranın Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi yerli vaxtla çərşənbə günü ABŞ mediasının jurnalistləri ilə görüşündə deyib ki, BAEA-nın texniki heyəti yaxın həftələrdə İranın bu qurumla gələcək əməkdaşlığının yollarını müzakirə etmək üçün ölkəyə gələcək.
Qəribabadi əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı İsrail və ABŞ-nin hücumları nəticəsində İranın nüvə obyektlərinə dəyən zərərləri qiymətləndirir.