Pakistanın paytaxtı Ali Rəhbər və Prezidentin şəkilləri ilə bəzədilib
https://parstoday.ir/azeri/news/iran-i12132
Sabahdan etibarən iki gün ərzində İran İslam Respublikasının prezidenti və onun yüksək rütbəli heyətini qəbul etməsi planlaşdırılan Pakistanın paytaxtı gözəl və yaşıl İslamabad şəhəri Ali Rəhbər Ayətullah Xamenei və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın plakatları və böyük şəkilləri ilə bəzədilib.
(last modified 2025-08-02T10:06:50+00:00 )
Avq 01, 2025 16:16 Asia/Baku
  • Pakistanın paytaxtı Ali Rəhbər və Prezidentin şəkilləri ilə bəzədilib

Sabahdan etibarən iki gün ərzində İran İslam Respublikasının prezidenti və onun yüksək rütbəli heyətini qəbul etməsi planlaşdırılan Pakistanın paytaxtı gözəl və yaşıl İslamabad şəhəri Ali Rəhbər Ayətullah Xamenei və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın plakatları və böyük şəkilləri ilə bəzədilib.

 

Ölkəmizin Prezidentinin Pakistana rəsmi səfəri ərəfəsində İslamabad şəhərinin hər yerində Ali Rəhbər Doktor Pezeşkiyanın, İran İslam Respublikasının müqəddəs bayrağının, eləcə də Pakistanın Baş nazirinin və Prezidentinin plakatları və iri ölçülü şəkilləri quraşdırılıb.

 

İslamabad yaxınlığındakı hərbi hava limanından yüksək rütbəli İran nümayəndə heyətinin qaldığı otelə qədər olan marşrut, şəhərin əsas küçələri, prezident və baş nazir saraylarının qarşısı da İslam İnqilabının Ali Rəhbəri və İran prezidentinin böyük şəkilləri ilə bəzədilib.

 

Bu şəkillərdə İran İslam Respublikasının prezidentini qarşılayan farsca cümlələr və iki ölkənin bayraqları əks olunub.