Arif: İran tranzit sahəsində istisna mövqeyə malikdir
https://parstoday.ir/azeri/news/iran-i12178-arif_İran_tranzit_sahəsində_istisna_mövqeyə_malikdir
 İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Arif bildirib ki, İran tranzit sahəsində regionda istisna mövqeyə sahibdir. O əlavə edib ki, 14-cü hökumətin strategiyası qonşu və regional ölkələrlə geniş və hərtərəfli əməkdaşlığın inkişafıdır.
(last modified 2025-08-07T00:55:32+00:00 )
Avq 04, 2025 17:32 Asia/Baku
  • Arif: İran tranzit sahəsində istisna mövqeyə malikdir

 İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Arif bildirib ki, İran tranzit sahəsində regionda istisna mövqeyə sahibdir. O əlavə edib ki, 14-cü hökumətin strategiyası qonşu və regional ölkələrlə geniş və hərtərəfli əməkdaşlığın inkişafıdır.

 

Arif bu sözləri avqustun 4-ü Türkmənistana səfərindən öncə səfərin məqsədlərini izah edərkən söyləyib.O deyib: “Bu səfərin məqsədi, İnkişaf Yolundakı Quru ilə əhatələnmiş Ölkələrin üçüncü konfransında iştirak etməkdir. Hazırda dünyada 32 inkişaf etməkdə olan ölkə açıq dənizlərə çıxışı olmayan vəziyyətdədir və bu ölkələrdən 8-i bizim regionda yerləşir.”Vitse-prezident əlavə edib: “Biz 14-cü hökumət dövründə bütün sahələrdə geniş inkişaf strategiyası çərçivəsində bu ölkələrlə yaxşı münasibətlər qurmuşuq. Məqsədimiz həmin 8 ölkə başda olmaqla, dənizə çıxışı olmayan bütün inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıqlarımızı gözdən keçirməkdir. Bu ölkələrlə yaxşı qarşılıqlı əlaqələrimiz mövcuddur.”