Arif: İran Liviyanın daxili işlərinə hər cür xarici müdaxiləyə qarşıdır
İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Arif Liviyanın Prezident Şurasının rəhbəri ilə görüşdə bildirib:
İran elm və texnologiya sahəsində böyük nailiyyətlər əldə edib və Liviyaya qarşı tətbiq olunmuş sanksiyalar təcrübəsinə əsasən, bu sahədəki təcrübələrimizi Liviyanın ixtiyarına verməyə hazırıq.Biz Liviyanın daxili işlərinə hər cür xarici müdaxilənin əleyhinəyik. İran İslam Respublikasının mövqeyi “liviyalı-liviyalıyla dialoq” prinsipi üzərində qurulub. Liviyalılar ölkənin məsələlərini həll etmək və milli birliyi qorumaq üçün tam bacarığa sahibdirlər.Siyasi əlaqələrin artması və İran İslam Respublikasının Tripolidəki səfirliyinin yenidən açılması, iqtisadi münasibətlərin yüksəlməsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişaf etdiyini göstərir.İran Liviyada sabitliyin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya bilər və Liviya Fələstin və Qəzza məsələsində İranın mövqeyini tam şəkildə dəstəkləyir.