İranda xarici investisiyaların cəlb olunmasında əhəmiyyətli artım
https://parstoday.ir/azeri/news/iran-i12198-İranda_xarici_investisiyaların_cəlb_olunmasında_əhəmiyyətli_artım
İran Ticarət Palatasının Xarici İnvestisiyalar Assosiasiyasının rəhbəri Hüseyn Səlimi, xarici investisiyaların cəlb olunmasındakı artımı hökumətin iqtisadi uğuru kimi qiymətləndirib. O bildirib ki, ötən il 2023-cü illə müqayisədə xarici investisiyaların cəlb olunmasında 50-60 faiz artım qeydə alınıb və nəticədə 10-11 milyard dollar həcmində xarici sərmayə qeydə alınıb.
(last modified 2025-08-09T12:39:04+00:00 )
Avq 06, 2025 16:16 Asia/Baku
  • İranda xarici investisiyaların cəlb olunmasında əhəmiyyətli artım

İran Ticarət Palatasının Xarici İnvestisiyalar Assosiasiyasının rəhbəri Hüseyn Səlimi, xarici investisiyaların cəlb olunmasındakı artımı hökumətin iqtisadi uğuru kimi qiymətləndirib. O bildirib ki, ötən il 2023-cü illə müqayisədə xarici investisiyaların cəlb olunmasında 50-60 faiz artım qeydə alınıb və nəticədə 10-11 milyard dollar həcmində xarici sərmayə qeydə alınıb.

 

Səlimi IRNA-nın iqtisadi müxbirinə verdiyi açıqlamada qeyd edib ki, xarici investisiyanın cəlb olunması prosesi icazələrin verilməsi, vəsait və avadanlığın ölkəyə daxil olması mərhələlərini əhatə edir və adətən bu proses 5-8 ay vaxt aparır. Buna baxmayaraq, bu il də investisiya cəlb etmə prosesinin müsbət tempdə davam edəcəyi gözlənilir.O, ötən il ərzində 10-11 milyard dollar həcmində xarici sərmayənin cəlb olunmasını çox mühüm bir iqtisadi uğur kimi dəyərləndirib.