İran Qlobal Su-Bataqlıq Şəhərləri Qiymətləndirmə Komitəsinin üzvü oldu
İran İslam Respublikasının nümayəndələrinin cari ilin 1–9 avqust tarixlərində Zimbabvenin Viktoriya-Folz şəhərində keçirilən Ramsər Konvensiyasının 15-ci Tərəflər Konfransı (COP15)-də iştirakı ölkə üçün mühüm nəticələrlə yadda qalıb və İranın xüsusilə bataqlıqların qorunması sahəsində beynəlxalq nüfuzunu daha da gücləndirib.
Ətraf mühitin mühafizəsi təşkilatının dəniz və su-bataqlıqlar üzrə müavini Əhmədrza Lahicanzadə və Xarici İşlər Nazirliyinin nümayəndələri sözügedən konfransda iştirak edərək geniş diplomatik təmaslar vasitəsilə İranın beynəlxalq qərarvermə səviyyəsindəki mövqeyini möhkəmləndirməyə nail olublar.
Bu toplantının ən mühüm nəticələrindən biri kimi, İran region ölkələrinin dəstəyi ilə Cənub və Qərbi Asiya ölkələrinin nümayəndəsi qismində Ramsər Konvensiyasının İdarəedici (daimi) Komitəsinə üzv seçilib. Bu komitə dünyanın müxtəlif bölgələrindən olan 18 ölkədən ibarətdir və iki əsas konfrans arasında strateji qərarların qəbuluna məsuldur.