Laricani: Hizbullahın qəyyuma ehtiyacı yoxdur
İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İraqa səfəri zamanı bildirib ki, Hizbullah və müqavimət hərəkatları yüksək səviyyədə siyasi düşüncə inkişafına malikdir və qəyyuma ehtiyac duymurlar.
Bağdadda keçirilən mətbuat konfransında çıxış edən Laricani vurğulayıb: Məncə, Hizbullah və müqavimət hərəkatları çox yaxşı inkişaf etmiş siyasi düşüncəyə sahibdirlər, öz ölkələri üçün hansı mənafelərin nəzərə alınmalı olduğunu yaxşı bilirlər və qəyyuma ehtiyacları yoxdur. İran da elə bir ölkə deyil ki, bəzilərinin düşündüyü kimi, hansısa küləklərlə əsə.O, İraqla imzalanmış təhlükəsizlik sazişi barədə də deyib ki, bu sazişin əsas məğzi – heç kimin və heç bir ölkənin İran və ya İraqın təhlükəsizliyinə xələl gətirməsinə imkan verməməkdir. Buna görə də sənədin əsas siyasəti iki ölkə arasında münasibətlərin sabitliyini təmin etməkdir.