Laricani Beyruta səfər etdi
Avq 13, 2025 09:46 Asia/Baku
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani regional səfərinin ikinci mərhələsində Livan rəsmiləri ilə görüşmək məqsədilə Beyruta daxil olub.
O, Beyruta çatandan sonra verdiyi açıqlamada bildirib: “Biz həmişə Livanın milli maraqlarının reallaşmasına çalışmışıq. Livan xalqının əziyyəti, bizim əziyyətimizdir. Biz bütün şəraitlərdə Livan xalqının yanında olacağıq.”O əlavə edib: “İran və Livan dərin bir sivilizasiyaya malikdirlər və əsrlər boyu iki xalq arasında yaxın münasibətlər olub. Buna görə də İran və Livan mədəniyyətləri arasında bir bağlılıq mövcuddur. Məhz bu bağlılıqdan ötrü xalqlarımız arasında dərin bir yaxınlıq və səmimiyyət formalaşıb.”
Teqlər