Əraqçi: Avropalıların nüvə razılaşması ilə bağlı heç bir hüququ yoxdur
İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, Avropanın "tətik mexanizmi"ni işə salmaq təhdidlərinə cavab olaraq bildirib: Avropalıların 20 oktyabr 2025-ci il tarixinə qədər bu mexanizmi tətbiq etmələri üçün vaxtları olsa da, onların bu mövzuda heç bir səlahiyyətləri yoxdur. O, Avropanın mövqeyini, xüsusən də sıfır zənginləşdirmə məsələsindəki israrını nəzərə alaraq, Avropalıların nüvə razılaşmasının (Birgə Hərtərəfli Fəaliyyət Planı) hər hansı bir hissəsi ilə bağlı danışmaq və ya tətbiq etmək
Seyid Abbas Əraqçi, İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya səfər edib. 1-ci kanalda yayımlanan "Cəryan" proqramında iştirak edərək, xarici siyasət sahəsindəki bir çox mövzuda İranın mövqeyini izah edib.
O, çıxışında bildirib: Son dövrlərdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında münasibətlərdə bəzi dəyişikliklər baş verib. İranın nüvə obyektlərinə hücum edildiyini və bunun nəticəsində ciddi ziyanlar meydana gəldiyini vurğulayan Əraqçi, BAEA-nin bu bombalanmış obyektlərin yoxlanılması ilə bağlı necə bir yanaşma göstərəcəyini açıqlamalı olduğunu bildirib. Eyni zamanda, İran Parlamenti tərəfindən qəbul edilən və BAEA ilə əməkdaşlığın yalnız Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildikdən sonra davam etməsini tələb edən qanuna da toxunub.
Əraqçi, son olaraq qeyd edib: İranın BAEA ilə əlaqələri barədə mövqeyi budur ki, hər hansı yeni yoxlamadan əvvəl, BAEA ilə yeni bir əməkdaşlıq çərçivəsi müəyyən olunmalıdır.