Prezident Məsud Pezeşkian İrəvanda Göy Məscidə gedərək möminlərlə birgə namaz qılıb
https://parstoday.ir/azeri/news/iran-i12376-prezident_məsud_pezeşkian_İrəvanda_göy_məscidə_gedərək_möminlərlə_birgə_namaz_qılıb
İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfəri çərçivəsində İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət edib. O, məscidin müxtəlif hissələrinə baxış keçirdikdən sonra oradakı möminlərlə birlikdə məğrib və işa namazlarını qılıb.
(last modified 2025-08-20T12:48:44+00:00 )
Avq 19, 2025 13:13 Asia/Baku
  • Prezident Məsud Pezeşkian İrəvanda Göy Məscidə gedərək möminlərlə birgə namaz qılıb

İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfəri çərçivəsində İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət edib. O, məscidin müxtəlif hissələrinə baxış keçirdikdən sonra oradakı möminlərlə birlikdə məğrib və işa namazlarını qılıb.

 

İrəvanın Göy Məscidi (Məscid - Hüseynəli Xan Mədrəsəsi) XVIII əsrə – hicri təqvimi ilə XII əsrə aid dini abidədir. Bu məscid İrəvan şəhərinin tarixi bazar meydanının (İrəvanın tarixi Köhnə bazarı) yaxınlığında tikilib. Hal hazırda həmin ərazi "köhnə bazar" adlı üstüörtülü böyük bir ticarət mərkəzi kimi istifadə edilir.Göy Məscid, onun banisi Hüseynəli Xan Qacarın adı ilə də tanınır. Bu məscid və mədrəsə kompleksinin əsas şəhər məscidi funksiyasını yerinə yetirdiyi bildirilir. Hicri 1179-cu ildə, İrəvanın hakimi Hüseynəli Xan (Qacar) Beyglərbeygi tərəfindən təqribən 6 min tümən xərc ilə inşa etdirilib. Məscid bu gün də İrəvanın mərkəzində yerləşir.

 

 

Sizin rəyiniz

Seçilmişdir

1

2

3

4

Son xəbərlər

Nikol Paşinyan Məsud Pezeşkianı rəsmi şəkildə qarşılayıb

2025-08-19 12:03

İran Xarici İşlər Nazirliyindən Netanyahunun açıqlamalarına reaksiya

2025-08-19 11:31

Sionistlər Suriyanın Qolan təpələrində qəsəbə salır

2025-08-19 11:15

Prezident Məsud Pezeşkian İrəvanda Göy Məscidə gedərək möminlərlə birgə namaz qılıb