Lukaşenko: Belarus və İrana qarşı tətbiq olunan sanksiyalar iqtisadi terrorizmdir
Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı, Qərbin Tehran və Minskə qarşı tətbiq etdiyi qeyri-qanuni sanksiyaları iqtisadi terrorizm olaraq qiymətləndirdiyini bildirib.
Lukaşenko, Qərbin Rusiyaya və İranın iqtisadiyyatına qarşı tətbiq etdiyi əsassız sanksiyaları iqtisadi terrorizm adlandıraraq, əlavə edib: Biz çoxqütblü bir dünya qurmağa çalışırıq. Bu dünyada hər ölkə öz inkişaf yolunu müstəqil olaraq və xarici müdaxilə olmadan müəyyən etməlidir.
O, həmçinin qeyd edib ki, Minsk bu iqtisadi təzyiqlərə və hücumlar qarşısında uğurla müqavimət göstərir və bu mübarizəni davam etdirir.
Belarus Prezidenti əlavə edib: Belarus və İran, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və digər beynəlxalq qurumlar çərçivəsində fəal iştirakla bu iqtisadi sanksiyalara qarşı mübarizəni dəstəkləyir.
Lukaşenko, Belarusun İranın Avrasiya İqtisadi Birliyində daha dərindən və konstruktiv şəkildə iştirakını alqışladığını da vurğulayıb.
O, daha sonra qeyd edib ki, sionist rejimi və ABŞ-nin İranın nüvə obyektlərinə etdiyi hücumların, BMT-nin Nüvə Enerjisi Agentliyinin nəzarətində olmasına baxmayaraq, bölgə və beynəlxalq təhlükəsizlik üçün ciddi bir təhdid olduğunu bildirib.
Belarus Prezidenti əlavə edib: Biz, İranın sülh məqsədilə nüvə enerjisi inkişaf etdirmə haqqını müdafiə edirik. Uzunmüddətli sülhə nail olmaq üçün yeni gərginliklərə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinmək vacibdir.