Pezeşkian: Belarus səfəri iki ölkə arasında uzun yolun başlanğıcıdır
https://parstoday.ir/azeri/news/iran-i12406-pezeşkian_belarus_səfəri_iki_ölkə_arasında_uzun_yolun_başlanğıcıdır
 Prezident Belarus səfərinin iki ölkə arasında uzun yolun başlanğıcı olduğunu bildirərək vurğulayıb: İnanıram ki, iki ölkə rəsmilərinin mövcud iradə və qətiyyəti ilə İran və Belarus arasında genişmiqyaslı və uzunmüddətli inkişaf hədəflərinə dair hərtərəfli bir proqram hazırlayıb icra edə bilərik.
(last modified 2025-08-23T12:29:45+00:00 )
Avq 20, 2025 22:28 Asia/Baku
  • Pezeşkian: Belarus səfəri iki ölkə arasında uzun yolun başlanğıcıdır

 Prezident Belarus səfərinin iki ölkə arasında uzun yolun başlanğıcı olduğunu bildirərək vurğulayıb: İnanıram ki, iki ölkə rəsmilərinin mövcud iradə və qətiyyəti ilə İran və Belarus arasında genişmiqyaslı və uzunmüddətli inkişaf hədəflərinə dair hərtərəfli bir proqram hazırlayıb icra edə bilərik.

 

Məsud Pezeşkian bu gün – çərşənbə, avqustun 20-də, Belarus səfərinin sonuncu günündə Belarus Milli Məclisinin Şura Palatasının sədri xanım Natalya Kaçanova, Nümayəndələr Palatasının sədri cənab İqor Serqenko və bu ölkənin bir sıra deputatları ilə görüşündə Belarus səfərindən və onlarla görüşməkdən məmnunluğunu ifadə edib və bu ölkənin sionist rejim və ABŞ-nin İran İslam Respublikasına hücumunu pisləyən mövqeyinə görə təşəkkürünü bildirib.

 

O, qeyd edib: İran heç vaxt heç bir ölkəyə hücum etməyib və hücum etmək niyyəti də yoxdur. Prezident əlavə edib: Sionist rejim ABŞ-nin tam dəstəyi və koordinasiyası ilə, bütün beynəlxalq hüquq və qaydalara zidd olaraq İrana hücum etdi. Halbuki, sülhməramlı nüvə obyektlərinə hətta müharibə dövründə belə hücum qadağandır, lakin İranın nüvə obyektlərinə təcavüz edildi.

 

Pezeşkian daha sonra deyib: Sionist rejim 70 il əvvəl işğal etdiyi torpaqlarda xalqı didərgin salmaqla kifayətlənməyib, vəhşicəsinə hücumlara da davam edir. Təkcə son 2 ildə 60 mindən artıq günahsız insanı qətlə yetirib. Bu gün isə su, qida və dərman yollarını insanların üzünə bağlayıb. İnsan hüquqlarını müdafiə etdiyini iddia edən dünya isə bu cinayətləri, qadın və uşaqların aclıqdan və tibbi yardımların olmamasından ölməsini sadəcə izləməklə kifayətlənir.