İran ABŞ-nin Venesuelaya qarşı güc siyasətini pislədi
https://parstoday.ir/azeri/news/iran-i12410-İran_abŞ_nin_venesuelaya_qarşı_güc_siyasətini_pislədi
İran İslam Respublikası Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuela Respublikasının milli suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməsini qınayıb və Amerikanın bu təxribat xarakterli hərəkətlərinin Karib bölgəsində sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
(last modified 2025-08-23T12:51:33+00:00 )
Avq 21, 2025 16:50 Asia/Baku
  • İran ABŞ-nin Venesuelaya qarşı güc siyasətini pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuela Respublikasının milli suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməsini qınayıb və Amerikanın bu təxribat xarakterli hərəkətlərinin Karib bölgəsində sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

 

Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ-nin bu addımları Venesuela xalqına qarşı davamlı şəkildə həyata keçirilən müdaxiləçi və qeyri-qanuni siyasətlərin davamıdır, həmçinin BMT Nizamnaməsinin, xüsusən də müstəqil dövlətlərə qarşı gücdən istifadə və ya güclə hədələməyi qadağan edən 2-ci maddənin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır. Bu isə ABŞ hakim dairələrinin beynəlxalq hüququn əsas prinsiplərinə artan laqeyd münasibətinin aydın göstəricisidir.İran İslam Respublikası BMT Nizamnaməsinin milli suverenliyə hörmət, xalqların öz müqəddəratını təyinetmə hüququ və müstəqil dövlətlərə qarşı güc tətbiqinin yolverilməzliyi prinsiplərini xatırladaraq, Bolivari Venesuela Respublikası xalqı və dövləti ilə həmrəylik ifadə edir və Karib bölgəsində sülh üçün təhlükə yaradan bu gərgin vəziyyətə BMT Təhlükəsizlik Şurası və Baş katibinin təcili şəkildə diqqət yetirməsinin zəruriliyini vurğulayır.