Müdafiə Nazirliyi: İran regionda qüdrət və çəkindirici güc mərkəzinə çevrilmişdir
https://parstoday.ir/azeri/news/iran-i12420-müdafiə_nazirliyi_İran_regionda_qüdrət_və_çəkindirici_güc_mərkəzinə_çevrilmişdir
Müdafiə Nazirliyi 21 avqust – Müdafiə Sənayesi Günü münasibətilə yaydığı bəyanatda bildirib: Xalqın övladlarının raket, silah, kosmos sahələri, eləcə də ölkənin müdafiə ehtiyaclarına uyğun olaraq müasir texnologiyalar və beynəlxalq standartlara əsasən müxtəlif hərbi silah və texnikanın layihələndirilməsi və istehsalı sahəsində əldə etdiyi uğurlar, İran İslam Respublikasını regionda müdafiə qüdrəti və çəkindirici güc mərkəzinə çevirmişdir.
(last modified 2025-08-23T13:08:00+00:00 )
Avq 21, 2025 21:06 Asia/Baku
  • Müdafiə Nazirliyi: İran regionda qüdrət və çəkindirici güc mərkəzinə çevrilmişdir

Müdafiə Nazirliyi 21 avqust – Müdafiə Sənayesi Günü münasibətilə yaydığı bəyanatda bildirib: Xalqın övladlarının raket, silah, kosmos sahələri, eləcə də ölkənin müdafiə ehtiyaclarına uyğun olaraq müasir texnologiyalar və beynəlxalq standartlara əsasən müxtəlif hərbi silah və texnikanın layihələndirilməsi və istehsalı sahəsində əldə etdiyi uğurlar, İran İslam Respublikasını regionda müdafiə qüdrəti və çəkindirici güc mərkəzinə çevirmişdir.

 

Bəyanatın bir hissəsində deyilir: Xalqımızın övladlarının raket, silah, kosmos və müxtəlif hərbi silahların layihələndirilməsi və istehsalı sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizi xaricdən asılı vəziyyətdən çıxararaq, özünütəmin və gücün zirvəsinə çatdırmış və İran İslam Respublikasını regionda müdafiə qüdrəti və çəkindirici güc mərkəzinə çevirmişdir.Bəyanatda həmçinin qeyd olunur: İran İslam Respublikasının düşmənləri artıq anlayıblar ki, regionda atacaqları istənilən avantürist addım və ya yanlış hesablamanın cavabında ölkəmizin qüdrətli silahlı qüvvələrindən çox sərt və sarsıdıcı cavab alacaqlar.