İran və Prezidentin qonşularla münasibətə baxışı xüsusidir
https://parstoday.ir/azeri/news/iran-i12462-İran_və_prezidentin_qonşularla_münasibətə_baxışı_xüsusidir
İranın Mədəniyyət Naziri bildirib: İranın və xüsusilə Prezidentin qonşulara baxışı çox fərqlidir; çünki biz yalnız qonşu deyilik, biz bir ailəyik. Sərhədlər çəkilib, amma mədəni və tarixi baxımdan bir-birimizə çox yaxınıq.
(last modified 2025-08-28T06:56:42+00:00 )
Avq 26, 2025 13:35 Asia/Baku
  • İran və Prezidentin qonşularla münasibətə baxışı xüsusidir

İranın Mədəniyyət Naziri bildirib: İranın və xüsusilə Prezidentin qonşulara baxışı çox fərqlidir; çünki biz yalnız qonşu deyilik, biz bir ailəyik. Sərhədlər çəkilib, amma mədəni və tarixi baxımdan bir-birimizə çox yaxınıq.

 

Seyid Abbas Salehi, Hökumət Həftəsi (24-31 avqust) münasibətilə keçirilən ikinci mətbuat konfransında müxtəlif media nümayəndələrinin suallarını cavablandırıb və keçən bir ildə nazirliyin fəaliyyətinə dair izahatlar verib.Salehi, Anadolu Agentliyinin jurnalistinin İran və Türkiyə arasındakı əlaqələr və gələcək imkanlar barədə verdiyi sualına cavab olaraq dedi:Türkiyə ilə əlaqələrimiz bütün sahələrdə yaxşıdır və bu əlaqələr illərdir davam edir. On dördüncü hökumət də bu baxışla işlərini davam etdirib.Salehi əlavə etdi:İranın və xüsusilə Prezidentin qonşulara yanaşması çox özəldir; çünki biz sadəcə qonşu deyilik, biz bir ailəyik. Sərhədlər çəkilsə də, mədəni və tarixi baxımdan çox yaxın bir əlaqəmiz var.O, sözlərinə davam edərək dedi:Türkiyə ilə proqramımız geniş və dərindir. Media sahəsində davamlı bir əlaqə olmuşdur və Mədəniyyət Nazirliyində də bu əməkdaşlıq davam edir. Kitab sərgisi çərçivəsində Türkiyəli nəşriyyatçılarla yaxşı bir əməkdaşlıq qurulmuşdur və bu proses artıq başlanmışdır. Ümid edirik ki, gecikmələri aradan qaldıraraq sürətlə inkişaf etdirəcəyək.