İran XİN: Yəhudi düşmənçiliyi İran tarixində yeri olmayan bir anlayışdır
İran İslam Respublikasının Avstraliyadakı səfirinin ölkədən çıxarılması və İranın qarşılıqlı tədbirləri ilə bağlı xəbərə münasibət bildirən Xarici İşlər Nazirliyinin sözçüsü dedi: İrəli sürülən ittiham tamamilə əsassızdır. Ümumiyyətlə, “yəhudi düşmənçiliyi”, “semitizmə qarşı olmaq” və ya “anti-semitizm” anlayışlarının bizim mədəniyyətimizdə, tariximizdə və dinimizdə heç bir yeri yoxdur.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün (çərşənbə axşamı, avqustun 26-da) səhər keçirilən mətbuat konfransında dedi:Təbii ki, diplomatik səviyyədə baş verən hər bir uyğunsuz və əsassız addım qarşılıqlı cavabla üzləşəcək. Bu, yeni baş verən bir hadisədir və həmkarlarım məsələni araşdırmaqla, İran İslam Respublikasının cavab tədbiri barədə qərar verməyə hazırlaşırlar.O, səsləndirilən ittihamın tamamilə əsassız olduğunu vurğulayaraq əlavə etdi:Ümumiyyətlə, “yəhudi düşmənçiliyi”, “semitizmə qarşı olmaq” və ya “anti-semitizm” anlayışlarının bizim mədəniyyətimizdə, tariximizdə və dinimizdə yeri yoxdur. Bu məsələ və bu fenomen Qərb və Avropa mənşəlidir. Əgər tarixə nəzər salsanız, yəhudilərin dinlərinə görə təqib olunmaları yalnız Avropada baş verib; və bu məsələyə görə cavabdeh də elə həmin ölkələrdir. Təəssüf ki, bu məsələdə həmişə məsuliyyətdən yayınmağa və anti-İran siyasətlərini əsaslandırmağa çalışırlar.Bəqayi əlavə etdi:Aydın görünür ki, bu qərar İrana münasibətdən daha çox Avstraliya daxilindəki proseslərdən təsirlənmişdir. Son iki həftə ərzində bu ölkədə Fələstin xalqının işğal olunmuş torpaqlarda qətlə yetirilməsinə qarşı milyonlarla insanın iştirakı ilə etiraz aksiyaları keçirildi. Bu, nadir hallardandır ki, bəzi avstraliyalı siyasətçilər sionist rejimə qarşı tənqidlər səsləndirdilər. Görünür, son günlər İrana qarşı atılmış bu addım – əslində diplomatiyaya və iki xalq arasında münasibətlərə qarşı yönəlmiş bir hərəkət – həmin tənqidlərin əvəzini çıxmaq məqsədilə həyata keçirilmişdir.