General-mayor Hatəmi: Bizim güclənməkdən başqa seçimimiz yoxdur
Ordunun Ali Baş Komandanı daha güclü və qüdrətli olmaqdan başqa çarə olmadığını vurğulayaraq dedi: Bizim millətimizi qorumaq üçün daha qüdrətli bir orduya ehtiyacımız var və qüdrətli ordu elə ordudur ki, onun bütün tərkib hissələri öz missiya və vəzifələrini layiqincə yerinə yetirsinlər.
General-mayor Əmir Hatəmi çərşənbə günü Aca Tibb Elmləri Universitetində Əbu Əli Sina (Həkim Günü) və Məhəmməd bin Zəkəriyya Razinin (Əczaçı Günü) anım mərasimində deyib: Ordu yalnız sağlam, güclü insan qaynağı və motivasiyalı kadra malik olduğu zaman mühüm missiyalarını tam yerinə yetirə bilər. Siz Aca missiyasının arzu olunan şəkildə həyata keçirilməsində mühüm rol oynayan böyük ordu kompleksinin səhiyyə və tibbi xidmətinin mühafizəçilərisiniz və üzərinizə düşən bu mühüm məsuliyyətlə fəxr etməli və bunu qiymətləndirməlisiniz.O, ordunun tibb və müalicə heyətinin 12 günlük məcburi müharibədə ordu döyüşçüləri ilə bərabər ön cəbhədə olduğunu bildirərək əlavə edib: Ordunun tibb heyəti də müdafiə, hava və quru qoşunlarında və bütün böyük İran xalqının vətəni müdafiə edən döyüşçülərin yanında qürurla dayanıb, xalqının əziyyətini azaltmağa çalışıb.