Pezeşkian: İran Çin ilə ciddi və faydalı əməkdaşlıqda maraqlıdır
https://parstoday.ir/azeri/news/iran-i12492-pezeşkian_İran_Çin_ilə_ciddi_və_faydalı_əməkdaşlıqda_maraqlıdır
 İran İslam Respublikasının Prezidenti bildirib: İran Çin Xalq Respublikası ilə, xüsusilə də bu ölkənin strateji təşəbbüsü olan “Kəmər və Yol” layihəsi çərçivəsində ciddi və faydalı əməkdaşlıqda maraqlıdır.
(last modified 2025-08-30T10:52:13+00:00 )
Avq 28, 2025 18:32 Asia/Baku
  • Pezeşkian: İran Çin ilə ciddi və faydalı əməkdaşlıqda maraqlıdır

 İran İslam Respublikasının Prezidenti bildirib: İran Çin Xalq Respublikası ilə, xüsusilə də bu ölkənin strateji təşəbbüsü olan “Kəmər və Yol” layihəsi çərçivəsində ciddi və faydalı əməkdaşlıqda maraqlıdır.

 

Prezidentin Çinə səfərinin gündəliyinin müəyyən edilməsi, ikitərəfli əlaqələrin müxtəlif sahələrinin koordinasiyası və dəyərləndirilməsi məqsədilə 2025-ci il avqustun 28-də, Məsud Pezeşkian və məsul qurumların yüksək vəzifəli rəsmilərinin iştirakı xüsusi iclas keçirilib.

 

Bu iclasda İran İslam Respublikası ilə Çin Xalq Respublikası arasında müxtəlif sahələr üzrə əməkdaşlıq və münasibətlərin əsas istiqamətləri və konkret nümunələri, eləcə də bu əməkdaşlığın müxtəlif mexanizmləri müzakirə olunub. İki ölkə arasında əldə olunmuş razılaşmaların və layihələrin icra vəziyyəti nəzərdən keçirilib və əlaqədar qurumlar tərəfindən onların daha sürətlə və tam şəkildə həyata keçirilməsi üçün ixtisaslaşmış təkliflər təqdim edilib və dəyərləndirilib.

 

Prezident Pezeşkian bu iclasda İran ilə Çin arasında münasibətləri strateji xarakterli adlandıraraq deyib: İranın regional və beynəlxalq səviyyədəki mövqeyi və oynadığı rol nəzərə alaraq, Çin üçün siyasi, iqtisadi və beynəlxalq sahələrdə – xüsusilə də hegemonlara qarşı mübarizə sahəsində – etibarlı bir tərəfdaşdır.

 

Pezeşkian ölkənin regional və qlobal geosiyasi əhəmiyyətinə toxunaraq vurğulayıb: İran İslam Respublikası Çin ilə, xüsusilə bu ölkənin strateji təşəbbüsü olan “Kəmər və Yol” layihəsinin irəliləməsi sahəsində ciddi və faydalı əməkdaşlıqda maraqlıdır. İki ölkə arasında digər bütün əməkdaşlıq sahələri də bu təşəbbüsün çərçivəsində müəyyənləşdirilə və həyata keçirilə bilər.