Əraqçi: İran qanunsuz addımınıza uyğun cavab verəcək
Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi və üç Avropa ölkəsinin xarici işlər nazirləri, bir neçə saat əvvəl telefon danışığı ilə ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Nüvə razılaşması ilə bağlı problemlərin həllinə başlamaq üçün məlumat vermə niyyətlərini bildiriblər. Eyni zamanda, onlar bu məsələlərin həlli və Təhlükəsizlik Şurasının sanksiyalarının geri qayıtmasının qarşısını almaq üçün 30 gün ərzində diplomatik bir
Ölkəmizin xarici işlər naziri, üç Avropa ölkəsinin bu addımını haqsız, qanunsuz və hüquqi əsası olmayan bir qərar kimi qiymətləndirib. O, İranın nüvə məsələlərinin həlli istiqamətində həmişə məsuliyyətli və yaxşı niyyətli bir siyasət yürütdüyünü xatırladaraq, İran İslam Respublikasının milli hüquq və maraqlarını qorumaq üçün bu qanunsuz və haqsız addıma müvafiq cavab verəcəyini bildirib.
Əraqçi, İranın beynəlxalq hüquq və nüvə silahlarının yayılmaması müqaviləsi çərçivəsində öz qanuni hüquq və maraqlarını qorumaqda ciddiliyini vurğulayıb və ümid etdiyini bildirib ki, üç Avropa ölkəsi mövcud reallıqları dərk edərək bu səhv addımlarını yaxın günlərdə düzəldəcəklər.