Əraqçi: Troykanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini bərpa etmək cəhdləri etibarsız və təsirsizdir
https://parstoday.ir/azeri/news/iran-i12498-Əraqçi_troykanın_bmt_təhlükəsizlik_Şurasının_qətnamələrini_bərpa_etmək_cəhdləri_etibarsız_və_təsirsizdir
İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət rəhbəri və Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın əlaqələndiricisi Kaya Kallasa ünvanladığı rəsmi məktubda bildirib:
(last modified 2025-08-30T12:47:36+00:00 )
Avq 30, 2025 16:46 Asia/Baku
  • Əraqçi: Troykanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini bərpa etmək cəhdləri etibarsız və təsirsizdir

İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət rəhbəri və Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın əlaqələndiricisi Kaya Kallasa ünvanladığı rəsmi məktubda bildirib:

 

Troyka ölkələrinin (Fransa, Almaniya, Britaniya) BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi əsasında ləğv edilmiş sanksiya qətnamələrini bərpa etməyə yönəlmiş mümkün səyləri hüquqi cəhətdən etibarsız və təsirsizdir və bu qətnamə nəzərdə tutulmuş zaman 18 oktyabr 2025-ci ildə başa çatmalıdır.

 

Seyid Abbas Əraqçi, 2025-ci il avqustun 18-də bəyan olunmuş Hərtərəfli Fəaliyyət Planı və onun mübahisələrinin həlli mexanizmi ilə bağlı göndərilmiş məktuba cavab olaraq, 2025-ci il avqustun 29-u cümə günü səhər Avropa İttifaqının xarici siyasət üzrə məsulu və nüvə sazişi üzrə birgə komissiyanın əlaqələndiricisi xanım Kaya Kallasa rəsmi və sənədlərlə əsaslandırılmış bir məktub göndərib.

Bu məktubda o, Birgə Hərəkət Planının hazırkı vəziyyəti və bu beynəlxalq sazişdə nəzərdə tutulmuş mübahisələrin həlli mexanizmi ilə bağlı əsas və mühüm məqamları ətraflı şəkildə izah edib.

Əraqçi məktubun əvvəlində, Avropa İttifaqının məktubunun birtərəfli və natamam məzmunundan təəssüf etdiyini bildirərək vurğulayıb ki, həmin məktubda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı əsas hüquqi faktlar və əvvəlki prosedural təcrübələrə yer verilməyib,

eləcə də Avropa İttifaqının və Fransa, Almaniya, Britaniya kimi üç Avropa ölkəsinin uzun müddətdir öz öhdəliklərinə əməl etməməsi tamamilə görməzdən gəlinib.   

İran İslam Respublikasının xarici işlər naziri, 2025-ci il iyulun 22-si və avqustun 22-də göndərilmiş məktublarda ətraflı şəkildə ifadə olunmuş əvvəlki mövqelərini bir daha vurğulayaraq, qeyd edib ki, üç Avropa ölkəsinin (Fransa, Almaniya, Britaniya) nə mübahisələrin həlli mexanizminə müraciət etməyə, nə də BMT sanksiyalarının avtomatik olaraq bərpa olunmasını (snapback) işə salmağa heç bir hüquqi səlahiyyəti yoxdur.