Ərdəbil cümə namazı imamı: Mehdiyə İsfəndiyarinin həbsi ifadə azadlığının prinsiplərinə ziddir
https://parstoday.ir/azeri/news/iran-i12506-Ərdəbil_cümə_namazı_imamı_mehdiyə_İsfəndiyarinin_həbsi_ifadə_azadlığının_prinsiplərinə_ziddir
 Ali Dini Liderin Ərdəbil əyalətindəki nümayəndəsi sosial şəbəkələrdə dərc etdiyi mesajda Mehdiyə İsfəndiyarinin Fransa polisi tərəfindən həbsini pisləyib və deyib: Bu hərəkət Qərbin hər zaman vurğuladığı ifadə azadlığı prinsiplərinə ziddir.
(last modified 2025-09-02T06:19:32+00:00 )
Avq 30, 2025 16:50 Asia/Baku
  • Ərdəbil cümə namazı imamı: Mehdiyə İsfəndiyarinin həbsi ifadə azadlığının prinsiplərinə ziddir

 Ali Dini Liderin Ərdəbil əyalətindəki nümayəndəsi sosial şəbəkələrdə dərc etdiyi mesajda Mehdiyə İsfəndiyarinin Fransa polisi tərəfindən həbsini pisləyib və deyib: Bu hərəkət Qərbin hər zaman vurğuladığı ifadə azadlığı prinsiplərinə ziddir.

 

Ayətullah Seyid Həsən Amili cümə gecəsi sosial mediada Fransa polisi tərəfindən həbs edilməsinə reaksiya verən Ayətullah Seyid Həsən Amili İsfəndiyarinin İran əsilli olduğunu bildirib və deyib: O, Fələstinə dəstək verdiyi üçün Fransa polisi tərəfindən həbs edilib və 6 aydır həbsdədir.Ərdəbilin cümə namazı imamı əlavə edib: Təəssüfləndirici haldır ki, bir universitet professoru öz fikrini ifadə etdiyi üçün mühakimə olunur.O, həmçinin digər məsələlərə, o cümlədən Qəzzada jurnalistlərin öldürülməsinə və ABŞ-da tələbə etirazlarına toxunaraq deyib: İfadə azadlığı kimi prinsiplərə hörmət yalnız Qərbin maraqlarına xidmət etdikdə mümkündür.Ayətullah Amili mesajının sonunda Fransa hökumətinin bu hərəkətini pisləyib və bunu insan vicdanının pozulması adlandırıb.39 yaşlı İran vətəndaşı Mehdiyə İsfəndiyari (Mehdieh Esfandiaari) Fələstinə verdiyi dəstəyə görə 6 aydır ki, Paris ətrafında yerləşən Fresnes həbsxanasında müvəqqəti saxlanılır.Ölkəmizin nümayəndəsi BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında çıxış edərək İran vətəndaşının Fransada özbaşına saxlanmasına etiraz edib və onun dərhal azad olunmasını istəyib.