İranın Ermənistandakı səfirinə yönləndirilən ittihamlar əsassızdır
https://parstoday.ir/azeri/news/iran-i12512-İranın_ermənistandakı_səfirinə_yönləndirilən_ittihamlar_əsassızdır
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti “Axar.az” xəbər saytında yer alan iddiaları təkzib edib.
(last modified 2025-09-02T04:48:06+00:00 )
Avq 31, 2025 18:37 Asia/Baku
  • İranın Ermənistandakı səfirinə yönləndirilən ittihamlar əsassızdır

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti “Axar.az” xəbər saytında yer alan iddiaları təkzib edib.

 

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin “Axar.az” xəbər saytına ünvanladığı cavabda bildirilib ki, həmin xəbər saytında dərc olunmuş qeyddə İran İslam Respublikasının Ermənistandakı səfiri haqqında Qarabağ separatçılarına dəstək missiyası və ya Ermənistan hökumətinə silah yardımı göstərmək məqsədi ilə irəli sürülən ittihamlar tamamilə əsassız və yalandır. Bu cavabda İran İslam Respublikasının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına dəstək verməklə bağlı prinsipial mövqelərini xatırladaraq, adıçəkilən xəbər saytının məzmununun müəllifin əqli təxəyyülü və spekulyasiyası olduğu bildirilir.