SEPAH: Yəmən sionistlərə şiddətli cavab verəcək
İslam İnqilab Keşikçiləri Korpusu sionist rejimin Yəməndə törətdiyi cinayətlər haqda bəyanat yayaraq bildirib: Bölgədəki İslam müqaviməti, xüsusən də Yəmən xalqı, öz imanına, iradəsinə və dünya miqyasında azad xalqların dəstəyinə güvənərək, sionistlərə qarşı şiddətli və dərhal peşmanedici bir cavab verəcək.
Bəyanatın digər hissəsində, sionist rejiminin Yəməndəki son cinayəti haqqında deyilir: Sionist rejim Yəmənin qəhrəman paytaxtı Sənaya hücum edərək baş nazir Əhməd Ğalib Nasir əl-Rəhvi və bir neçə nazir və müşaviri şəhid edib. Bu təcavüz açıq şəkildə bəşəriyyətə qarşı bir müharibə cinayəti və dövlət terrorizminin bariz nümunəsidir. Eləcə də bu, sionist rejiminin bir daha vəhşiliyini və insanlığa qarşı törətdiyi cinayətləri göstərir. Bu hadisə, həmçinin sionist rejiminin və onlara dəstək verənlərin, xüsusilə də Qəzzadakı cinayətlərə qarşı səssiz qalanların məsuliyyətini ortaya qoyur.Sionistlərin və onların tərəfdarlarının düşündüyünün əksinə olaraq, bu cinayətlər Yəmən xalqının müqavimət və işğalçılara qarşı mübarizə iradəsini zəiflətməyəcək. Əksinə, şəhidlərin müqəddəs qanı zülmə qarşı mübarizədə daha da gücləndirəcək və bu müqavimət hərəkatının coğrafiyasını daha da genişləndirəcək.