Pezeşkian: BMT-dən sionist rejimin cinayətlərinə qarşı praktiki addımlar atmasını gözləyirik
https://parstoday.ir/azeri/news/iran-i12532-pezeşkian_bmt_dən_sionist_rejimin_cinayətlərinə_qarşı_praktiki_addımlar_atmasını_gözləyirik
İran İslam Respublikasının Prezidenti bildirib: Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının, sionist rejimin bölgədə törətdiyi cinayətlərə və təxribatlara qarşı daha ciddi və praktik tədbirlər görməsini gözləyirik.
(last modified 2025-09-06T12:46:52+00:00 )
Sen 01, 2025 19:59 Asia/Baku
  • Pezeşkian: BMT-dən sionist rejimin cinayətlərinə qarşı praktiki addımlar atmasını gözləyirik

İran İslam Respublikasının Prezidenti bildirib: Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının, sionist rejimin bölgədə törətdiyi cinayətlərə və təxribatlara qarşı daha ciddi və praktik tədbirlər görməsini gözləyirik.

 

Məsud Pezeşkian, bu gün – 2025-ci il 1 sentyabr, bazar ertəsi günü – Çinə səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşündə vurğulayıb: İran İslam Respublikası hər zaman sülh və sabitliyin tərəfdarı olub və bu, sionist rejim idi ki, bizimlə müharibəyə başladı.

 

Prezident Pezeşkian, Quterreşin Qəzza zolağında fələstinlilərə qarşı törədilən cinayətlər və İrana edilən hücumlar mövzusunda tutduğu mövqeyə görə ona təşəkkür edib.

 

Eyni zamanda o, Quterreşdən sionist rejimin fələstinlilərə və region ölkələrinə qarşı törətdiyi cinayətlərə qarşı daha açıq və qəti mövqe nümayiş etdirməsini istəyərək əlavə edib:

Beynəlxalq təşkilatlardan, xüsusilə də BMT-dən gözləntimiz budur ki, sionist rejimin bölgədəki cinayət və təxribatlarına qarşı daha ciddi və əməli tədbirlər görsünlər.