Həkim: İran İslam dünyasının sionist rejimə qarşı ön cəbhəsidir
https://parstoday.ir/azeri/news/iran-i12550-həkim_İran_İslam_dünyasının_sionist_rejimə_qarşı_ön_cəbhəsidir
İran rəsmiləri ilə görüş və məsləhətləşmək üçün cümə günü axşam Tehrana gələn İraq Milli Hikmət Hərəkatının lideri Həkim ölkəyə gəlişi zamanı İran İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə.) müqəddəs hərəmini ziyarət edərək ona ehtiramlarını bildirib.
(last modified 2025-09-06T12:43:47+00:00 )
Sen 06, 2025 16:18 Asia/Baku
  • Həkim: İran İslam dünyasının sionist rejimə qarşı ön cəbhəsidir

İran rəsmiləri ilə görüş və məsləhətləşmək üçün cümə günü axşam Tehrana gələn İraq Milli Hikmət Hərəkatının lideri Həkim ölkəyə gəlişi zamanı İran İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə.) müqəddəs hərəmini ziyarət edərək ona ehtiramlarını bildirib.

 

Seyyid Əmmar Həkim Höccətül-islam vəl-müslimin Seyid Həsən Xomeyni ilə görüşündə deyib: İran İslam dünyasının sionist rejimə qarşı ön cəbhəsidir.Həkim bu görüşdə son 12 günlük müharibədə bütün şiə və sünni müsəlmanların İran İslam Respublikası ilə rəğbət və həmrəyliyinə işarə edərək əlavə etdi: Müsəlmanlar sionist rejimə nifrət etdikləri üçün özünü bu rejimdən müdafiə edən və onunla mübarizə aparan ölkəni dəstəkləyirlər.