Vəhdət Konfransı Prezidentin çıxışı ilə başlayacaq
https://parstoday.ir/azeri/news/iran-i12558-vəhdət_konfransı_prezidentin_çıxışı_ilə_başlayacaq
İslam Məzhəblərinin Dünya Birliyi Baş Katibi Höccətül-İslam Seyid Musa Musəvi bildirib: 17 Sentyabrda 39-cu Beynəlxalq İslam Vəhdət Konfransı Prezident Məhsud Pezeşkianın çıxışı ilə işinə başlayacaq.
(last modified 2025-09-13T06:45:25+00:00 )
Sen 06, 2025 18:33 Asia/Baku
  • Vəhdət Konfransı Prezidentin çıxışı ilə başlayacaq

İslam Məzhəblərinin Dünya Birliyi Baş Katibi Höccətül-İslam Seyid Musa Musəvi bildirib: 17 Sentyabrda 39-cu Beynəlxalq İslam Vəhdət Konfransı Prezident Məhsud Pezeşkianın çıxışı ilə işinə başlayacaq.

 

Bu il İslam dünyasının problemlərini araşdırmaq üçün xüsusi bir komissiya, həmçinin daxili məsələlərə baxacaq ayrıca bir komissiya yaradılıb. Xarici qonaqlar üçün isə ölkənin elmi və hərbi uğurlarını yaxından görmək məqsədilə səfərlər təşkil olunacaq.İran xalqının İsrail və ABŞ-yə qarşı apardığı 12 günlük müqəddəs müdafiə geniş dünya rezonansı yaratdı. Buna görə də bu ilki konfrans xüsusi və nadir bir fürsət hesab olunur.Hazırkı vəziyyətdə İslam dünyasında ən çox təsirə malik olan qrup qadınlardır. Çünki əsas ideoloji və mədəni təxribatlar uşaqlara qarşı yönəlib və düşmən uşaqlara investisiya yatırmaq istəyir. Buna görə qadınlar bu təxribatları aradan qaldırmaqda böyük rola malikdirlər və bu ilki konfransda qadınların vəzifələri ilə bağlı xüsusi komissiyalar fəaliyyət göstərəcək.