Əraqçi Qahirəyə daxil oldu
https://parstoday.ir/azeri/news/iran-i12568-Əraqçi_qahirəyə_daxil_oldu
 İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Misirin yüksək səviyyəli rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq məqsədilə bir neçə dəqiqə əvvəl Qahirəyə daxil olub.
(last modified 2025-09-13T05:30:57+00:00 )
Sen 10, 2025 19:29 Asia/Baku
  • Əraqçi Qahirəyə daxil oldu

 İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Misirin yüksək səviyyəli rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq məqsədilə bir neçə dəqiqə əvvəl Qahirəyə daxil olub.

 

Seyyid Abbas Əraqçi, diplomatik nümayəndə heyətinin başçısı kimi Misirin paytaxtı Qahirəyə səfər edib. Bu birgünlük səfər çərçivəsində o, Misirin xarici işlər naziri və prezidenti ilə ayrı-ayrılıqda görüşlər keçirəcək. Səfərin məqsədi iki ölkə arasındakı münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə etməkdir.İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi ötən axşam İRNA-ya açıqlamasında nazirin Misir və Tunisə səfəri barədə məlumat verərək bildirib: Qahirədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə İran və Agentlik arasında yeni əməkdaşlıq çərçivəsinə dair aparılan danışıqların yekunlaşdırılması məqsədilə görüş keçiriləcək. Eyni zamanda İran və Misir arasında yeni siyasi danışıqlar mərhələsi başlayacaq və İranın xarici işlər naziri Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcək.