Xarici İşlər Naziri tərəfindən İran və Agentlik arasındakı danışıqların təfərrüatları
İslam Respublikasının Xarici İşlər Naziri, İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı danışıqların gedişatına toxunaraq deyib: Bugün, mən və BAEA-nın Baş Direktoru son danışıqları keçirərək, İranın nüvə obyektlərinə qarşı qanunsuz fəaliyyətlər nəticəsində yaranan vəziyyətin fonunda İranın öhdəliklərini yerinə yetirməsi barədə razılaşmanı yekunlaşdırmağa müvəffəq olduq.
Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, Misirin Xarici İşlər Naziri Bədər Əbdülətif və BAEA-nin Baş Direktoru Rafael Qrossi ilə birgə mətbuat konfransında, İran ilə Agentlik arasında əməkdaşlığın bərpa edilməsi ilə bağlı razılaşmanın elan edilməsinə vurğulayaraq deyib: İcazə verin, sözlərimi İsrail rejiminin son təcavüzkar hərəkəti ilə başlayım; bu hərəkət bu gün axşam Doha şəhərində Fələstin rəsmi heyətinə qarşı həyata keçirildi.O əlavə etdi: Biz bu terror və təcavüzkar hərəkəti ən sərt şəkildə pisləyirik və Fələstin xalqı ilə, həmçinin İsrail rejimi tərəfindən açıq şəkildə ərazi bütövlüyü pozulan Qətər dövləti ilə tam həmrəyliyimizi bildiririk.Xarici İşlər Naziri həmçinin qeyd etdi: Bu qorxaq terror hücumunun nəticəsində şəhid olanların ailələrinə və bütün fələstinlilərə səmimi başsağlığı verirəm. BMT Təhlükəsizlik Şurasından və beynəlxalq cəmiyyətdən İsrail rejiminin Qəzza bölgəsində daha çox cinayət törətməsinin dayandırılması və bu rejimin dünya sülhü və təhlükəsizliyi üçün yaratdığı misli görünməmiş təhdidləri aradan qaldırmaq üçün dərhal tədbir görmələrini xahiş edirik.