Əli Laricaninin baxış bucağından sionist rejimin Qətərə hücumunun mesajı
Sen 10, 2025 19:15 Asia/Baku
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X sosial şəbəkəsində yazıb: "Sionist rejimin Qətərdəki son cinayətinin mesajı budur: Ey region ölkələri! Mənim gələcək hökmranlığımı anlayın!!"
Ölkəmizin prezidenti Məsud Pezeşkian da ötən gecə sionist rejimin Qətərə hava hücumundan sonra, sionist rejimin Qətər torpaqlarına hücum və Fələstin müqavimət liderlərinə sui-qəsd kimi qeyri-qanuni, qeyri-insani və sülhə zidd hərəkətini qətiyyətlə pisləyərək dedi: Bu terror aktı onu əks etdirir ki, sionist rejimi cinayət və terror üçün heç bir sərhəd tanımır, digər tərəfdən isə istənilən diplomatiya cəhdini məhv edir.
Teqlər