İslam Əməkdaşlıq Təşkilatı: Təhlükəsizlik Şurası İsrail rejiminə qarşı qəti tədbirlər görməlidir
Türkiyənin BMT-dəki nümayəndəsi Əhməd Yıldız, İslam Əməkdaşlıq Təşkilatı adından verdiyi bəyanatda bildirib: Qətərə qarşı bu nifrət dolu və əsassız hücum həmin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin açıq şəkildə pozulmasıdır və biz Təhlükəsizlik Şurasını bu təcavüzə görə İsrail rejimini məsuliyyətə cəlb etməyə çağırırıq.
O əlavə edib: Şübhəsiz ki, bu alçaqcasına atılmış addım beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir. Bu hücum Yaxın Şərqdə regional təhlükəsizliyi, həmçinin beynəlxalq sülh və sabitliyi açıq şəkildə təhdid edir.
Türkiyəli diplomat İsrailin bu hücumunu dövlət terrorizmi adlandıraraq, bunun İsrailin bölgədə sabitliyi pozmağa yönəlmiş sistemli siyasətinin və davamlı cəhdlərinin bir hissəsi olduğunu bildirib.