Xarici İşlər Nazirliyi: ABŞ-ın İrana qarşı siyasəti müdaxiləçi və hiyləgərdir
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2022-ci ilin sentyabr iğtişaşlarının ildönümünü bəhanə edərək ikiüzlülük, hiylə və həyasızlıqla dolu bəyanatını ABŞ-ın İranın daxili işlərinə yersiz və cinayətkar müdaxiləsinin bariz nümunəsi hesab edir və bunu pisləyir.
Təkcə iki ildən az müddətdə əksəriyyəti qadın və uşaq olmaqla 65 mindən çox günahsız insanı qətlə yetirən işğalçı və soyqırımçı sionist rejimin ən böyük dəstəkçisi və irqçilik və irqi ayrı-seçkiliyin onun idarəetmə və siyasi mədəniyyətinin bir hissəsi olduğu bir hökumət olaraq, ABŞ-ın insan haqları anlayışına münasibət bildirmək üçün qətiyyən səlahiyyəti yoxdur.İranın məlumatlı və bəsirətli xalqı amerikalı siyasətçilərin insan haqları iddialarını dünyanın bütün guşələrində, xüsusən də Qərbi Asiya regionunda saxtakarlıq və cinayət əməlləri fonunda mühakimə edir və Amerika hakim elitasının ölkəmizə qarşı vəhşi cinayətlərini, qeyri-qanuni və davamlı müdaxilələrini heç vaxt unutmayacaq və bağışlamayacaqlar.