Xarici İşlər Naziri ilə Avropa həmkarları arasında telefon danışığı baş tutub
İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, Fransa, Almaniya və İngiltərənin Xarici İşlər Nazirləri, həmçinin Avropa İttifaqının Xarici Siyasət üzrə məsul şəxsi ilə telefon əlaqəsi saxlayıb və bu danışıqda nüvə məsələsi və İran əleyhinə tətbiq olunan haqsız sanksiyaların ləğv olunması barədə danışılıb.
Bu danışıq zamanı Seyid Abbas Əraqçi, İranın mövqeyini açıqlayaraq, gərginliyin artmasının qarşısını almaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıb. O, üç Avropa ölkəsinin, BMT Təhlükəsizlik Şurası tərəfindən ləğv edilən sanksiyaların yenidən tətbiq etmə cəhdini hüquqi və məntiqi baxımdan heç bir əsaslandırma olmadan qiymətləndirərək bildirib: İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə məsuliyyətli danışıqlara başlayıb və yeni dönəmdə öz öhdəliklərini necə yerinə yetirəcəyinə dair aydın qaydalar hazırlayıb. O, bu addımın bütün tərəflər tərəfindən düzgün qiymətləndirilməsinin vacib olduğunu qeyd edərək əlavə edib: İndi digər tərəflər yaranmış bu fürsətdən istifadə edərək diplomatik prosesin davam etdirilməsi və böhranın qarşısının alınması üçün konkret addımlar atmalıdır.
Əraqçi, həmçinin bildirib: İran ədalətli və qarşılıqlı faydalı bir həllə yoluna nail olmağa hazırdır. Bunun üçün isə üç Avropa ölkəsinin məsuliyyətli və müstəqil yanaşma göstərməsi, həmçinin beynəlxalq hüququn prinsiplərinə və diplomatiyaya hörmət etməyən dövlətlərin təsirindən uzaq durması vacibdir.
Bu telefon danışığı zamanı tərəflər diplomatik prosesin davam etdirilməsi üçün fikir mübadiləsi aparılmasına təkid ediblər.